Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2016 09:36
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyeva adına liseydə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə dinlənilib

Akademik Zərifə Əliyeva adına liseydə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə dinlənilib

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Bakının Yasamal rayonundakı akademik Zərifə Əliyeva adına liseydə keçirilən tədbirdə iştirak edib.

Tədbirdə G.Baxşəliyeva müstəqillik illərində Azərbaycan təhsil sistemində əldə edilən nailiyyətlərdən danışıb. Bu dövrdə təhsil sahəsində uğurla həyata keçirilən islahatlardan söz açan alim Milli Məclisdə təhsilin hüquqi bazasının yaradıldığını, müasir tələblərə cavab verən “Təhsil haqqında” Qanunun qəbul olunduğunu qeyd edib.

G.Baxşəliyeva Azərbaycanda təhsil sisteminin uğurla inkişaf etdiyini və dünya təhsilinə inteqrasiya olunduğunu diqqətə çatdırıb. O, ölkəmizin bütün regionlarında, o cümlədən ən ucqar kəndlərində məktəblərin inşa edildiyini, bu təhsil ocaqlarının ən müasir informasiya texnologiyaları ilə təmin olunduğunu xüsusi vurğulayıb.

Sonra liseyin XI sinif şagirdləri G.Baxşəliyevanın “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirəsini dinləyiblər.

Alim məruzədə ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu söyləyən G.Baxşəliyeva Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: