Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi və təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığının 25 illiyinə həsr olunan “BNTİ Günləri” ilə əlaqədar olaraq Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunun direktoru İvan Ştekl AMEA-nın Fizika İnstitutunda olub.
Görüşdə qonağa Fizika İnstitutunun fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Çexiyalı alim institutun innovasiya sektorunda quraşdırılan müasir cihazlar, yaradılan maddi-texniki baza ilə tanış olub. İnstitutda alimlərin fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirən İ.Ştekl birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.