Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.10.2016 10:08
  • A-
  • A
  • A+

“Thomson Reuters” Agentliyinin nümayəndəsi AMEA-nın Naxçıvan Bölməsində olub

“Thomson Reuters” Agentliyinin nümayəndəsi AMEA-nın Naxçıvan Bölməsində olub

Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” Agentliyinin Elmi Tədqiqatlar və İntellektual Mülkiyyət Departamentinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov AMEA-nın Naxçıvan Bölməsində olub.

Qonağı salamlayan bölmənin sədri, akademik İsmayıl Hacıyev ona bölmənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Akademik bölmənin müxtəlif institutlarında aparılan elmi-tədqiqat işlərində dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın bütün sahələri barədə araşdırmaların aparıldığını, alimlər tərəfindən regionun tarixinin, mədəniyyətinin beynəlxalq səviyyədə tədqiq olunduğunu vurğulayıb.

Naxçıvan Bölməsi ilə tanışlıqdan məmnun olduğunu bildirən V.Boqorov bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, təmsil etdiyi qurum alimlərin dünyanın nüfuzlu elmi jurnalları bazasından istifadəsi üçün geniş imkanlar yaradır. 

Görüşdə Naxçıvan Bölməsi ilə beynəlxalq agentlik arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaq bölmə əməkdaşlarının müxtəlif illərdə çap etdirdikləri elmi əsərlərdən ibarət sərgi ilə də tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: