Fizika İnstitutunda II Azərbaycan Elm Festivalı çərçivəsində müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının mühazirələri dinlənilib.
Tədbiri giriş sözü ilə açan institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Ayaz Bayramov II Azərbaycan Elm Festivalının keçirilməsini elmi nailiyyətlərin təbliğində, gənclərin elmə marağının artırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnsitututunun əməkdaşı Samirə Rüstəmovanın “Qlobal iqlim dəyişiklikləri və ölkəmizin ərzaq təhlükəsizliyi”, Fizika İnstitutunun əməkdaşı, professor Tokay Hüseynovun “Nitritlərin ekoloji əhəmiyyəti: insan sağlamlığı üçün faydası və zərəri”, Azərbaycan Tibb Univeristetinin əməkdaşı Taryel Ömərovun “Azərbaycan populyasiyasında aşırı piylənməsi olan xəstələrdə apardığımız bariatrik cərrahi əməliyyatların nəticələri” və digər alimlərin müxtəlif mövzularda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.