AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində akademiyada fəaliyyət göstərən elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri ilə növbəti seminar-məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev gündəlikdəki məsələləri diqqətə çatdırdı, mülki müdafiə sahəsinin hüquqi istiqamətdə ictimai münasibətlərin nizama salınmasından danışdı. Bildirdi ki, cari ilin oktyabr ayında tədbirlər planına əsasən Memarlıq və İncəsənət, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri, Fəlsəfə, Aşqarlar Kimyası və Ədəbiyyat institutlarında rəhbər heyətin MM məşqləri keçirilmişdir. Hazırda isə beş elmi müəssisədə - Mikrobiologiya, Genetik Ehtiyatlar, Kataliz və Qeyri-üzvü Kimya, Arxeologiya və Etnoqrafiya institutlarında və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində məşqlər lazımi qaydada həyata keçirilir.
E.Quliyev vurğuladı ki, 2017-ci il üçün təşkil olunacaq tədbirlər planına uyğun olaraq MM məşqləri AMEA-nın regional elmi mərkəzlərində də reallaşdırılacaq.
Sonra beynəlxalq vəziyyət, münaqişələr və onları yaradan faktorlardan danışan AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirdi ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət, elmi əsaslandırmalar uğurlu nəticələr verməkdədir.
Məruzə iştirakçıların böyük marağına səbəb oldu.
Tədbirdə MM qərargah rəislərinin 2016-cı ilin oktyabr ayında keçirilən Mülki Müdafiə məşqləri barədə məruzələri dinlənildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.