Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.11.2016 12:05
  • A-
  • A
  • A+

Alman mütəxəssis Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub

Alman mütəxəssis Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub

Almaniyanın “Analitik Yena AĞ” şirkətinin nümayəndəsi İoan Marko AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub. 

Alman mütəxəssislə keçirilən görüşdə əməkdaşlığın perspektivləri, səmərəli fəaliyyət üçün birgə proqram və layihələrin hazırlanması məsələləri müzakirə edilib.

Qonaq, həmçinin institutun laboratoriyalarında aparılan tədqiqatlarla və yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, İoan Marko Torpaqşünaslıq və Aqrokimya İnstitutunun istifadəsində olan Contr AA 700 markalı atom absorbsion analitik cihazının istehsalçı firmasının alman nümayəndəsidir.

Görüşdə sözügedən cihazın daha məhsuldar işləməsi üçün “TOP Wave” yedək qurğusunun alınması məqsədəuyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: