Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.12.2016 10:07
  • A-
  • A
  • A+

Tarix İnstitutunun nəşrləri Şəkidə sərgilənib

Tarix İnstitutunun nəşrləri Şəkidə sərgilənib

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və bu elm müəssisəsinin əməkdaşları Şəki şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak ediblər.

Tədbir çərçivəsində Tarix İnstitutu tərəfindən çap edilən kitabların sərgisi keçirilib. Sərgidə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitab nümayiş etdirilib. 

Azərbaycanın müxtəlif bölgələrinin və beynəlxalq əlaqələrinin tarixinə o cümlədən, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlara həsr olunan kitablar TÜRKSOY Daimi Şurasının toplantısında iştirakçıların böyük marağına səbəb olub. Nəşrlər arasında müxtəlif dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitabları da yer alıb.

Qeyd edək ki, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: