Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2016 11:53
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA-nın Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi.

Akademiyanın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq qərargah rəislərinin cari ildə keçirilən seminar-məşğələlərdə ölkə üçün vacib olan məsələlərlə mütəmadi məlumatlandırıldığını bildirdi. O, müvafiq qərar və sərəncamlardan irəli gələn vəzifələrin vaxtında yerinə yetirildiyini diqqətə çatdırdı.

Sonra MM qərargah rəisləri noyabr ayında elmi müəssisə və təşkilatlarda keçirilən rəhbər heyətin Mülki Müdafiə məşqlərinin yekunu barədə ətraflı məlumat verdilər.

Vurğulandı ki, 2016-cı ildə MM Tədbirlər planına uyğun olaraq "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarəedilməsinin təşkili" mövzusunda Rəhbər heyətin Mülki Müdafiə məşqləri keçirilib. Məşqlər zamanı MM planının dəqiqləşdirilməsinə əsasən xidməti vəzifələrin öyrənilməsi məsələlərinə baxılıb, aşkar olunmuş nöqsanların təkrarlanmaması üçün zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Rəhbər Heyətin MM məşqinin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası "Mülki Müdafiə haqqında qanunu"nun və AR Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarlarının tələblərini, Rəhbər Heyəti, Fövqəladə Hallar Komissiyası, MM qərargah və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir rəis heyəti tərəfindən mənimsənilməsi, rəhbər heyətin fövqəladə hadisələrin nəticəsinin aradan qaldırılması, eyni zamanda qəza-xilasetmə işlərinin təşkili, MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin təkmilləşdirilməsindən ibarətdir. 

Tədbirdə keçirilən məşqlərin səviyyəsinin artırılması, həmçinin 2017-ci il üçün MM tədbirlər planının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparıldı.

Daha sonra İkinci xüsusi şöbənin  baş mütəxəssisi Əlimərdan Məhəmmədov AMEA-nın elmi müəssisə və təşkilatlarında qərargah rəisləri tərəfindən 2017-ci il üçün illik MM Tədbirlər Planının tərtib edilməsi ilə bağlı təklif və tövsiyyələrini verdi.

Sonda bir sıra cari məsələlərə baxıldı, müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: