Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Bu gün AMEA Geologiya İnstitutunda AMEA Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

AMEA Geologiya İnstitutunun adının dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılması haqqında çıxış edən F.Qədirov bildirdi ki, Geologiya İnstitutunun tərkibində çox sayda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 6 laboratoriyadan ibarət “Yer fizikası” seksiyası fəaliyyət göstərir. Hazırda burada 7 elmlər doktoru, 20-yə yaxın fəlsəfə doktoru çalışır, Bakı Dövlət Universitetinin baza kafedrası yerləşir. Bunu nəzərə alaraq institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılacaq.

Müzakirələrdə AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov, Ramiz Məmmədov, Hətəm Quliyev və digərləri iştirak etdilər.

Tədbirdə, həmçinin Neft-Qaz İnstitutunun açılması məsələsi müzakirə olundu, 2014-cü ildə bölməyə daxil olan Geologiya və Coğrafiya institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: