Dekabrın 21-də saat 15:00-da “Fairmont Baku” otelinin “Nizami Gəncəvi” zalında “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis dillərində) təqdimatı olacaq.
Sənədli film AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Ünvan: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 1A.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.