Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək
12.09.2024 12:46
  • A-
  • A
  • A+

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək

Naxçıvan tarixən Azərbaycanın mühüm elm və təhsil mərkəzlərindən biri olmuşdur. Bu diyar Azərbaycana çoxlu sayda görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri bəxş etmişdir. Tarixi ənənələrə uyğun olaraq müasir günümüzdə də Naxçıvanda elm və təhsil özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər planına əsasən AMEA-nın Folklor İnstitutu “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirməyi planlaşdırır. Sizi qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan regionunun folkloru, etnoqrafiyası, adət-ənənələri, bu bölgədən olan şair və yazıçıların ədəbi irsinin araşdırılmasını əhatə edən məruzələrlə konfransda iştirak etməyə dəvət edirik.

Mühüm tarixlər:

– Konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini 30 sentyabr 2024-cü il tarixinədək naxcivan_100naxcivan@yahoo.com elektron poçt ünvanına göndərə bilərlər.

– Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 3 oktyabr 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

– Konfrans 10 oktyabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: