Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.12.2016 16:44
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

AMEA Azad Həmkarlar İttifaqının ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

Bu gün AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2016-cı ilin yekunlarına dair hesabat toplantısı keçirilib.

Tədbirdə AHİ-nin sədri, professor İsa Alıyev rəhbərlik etdiyi qurumun 2016-cı ilə dair hesabat məruzəsini təqdim edib. O, AHİ-nin akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsində ölkədə il ərzində çoxsaylı iş yerləri açılıb, aztəminatlı ailələrin sosial təminatının yaşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilib.

AHİ-nin uğurları və davamlı inkişaf yolundan söz açan İ.Alıyev elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımların göstərildiyini bildirib. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə teatr və konsertlərə biletlərin verildiyini vurğulayıb. Məruzəçi AHİ-nin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən də danışıb.

Sonra AHİ-nin sədr müavini Səyyar Abdullayev qurumun fəaliyyəti ilə bağlı çıxış edərək cari ildə ittifaq tərəfindən keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və AHİ-nin maliyə dəstəyi ilə mayın 13-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Gənc alim və mütəxəssislərin III futbol çempionatı"nın keçirildiyini diqqətə çatdırıb. Həmçinin 19 sentyabr - 7 oktyabr tarixlərində AHİ-nin təşkilatçılığı və maliyyə dəstəyi ilə futbol, şahmat, dama, stolüstü tennis oyunları üzrə Akademiyada institutlararası I spartakiadanın keçirildiyini xatırladıb. 

Daha sonra çıxış edən AHİ-nin üzvü Abuzər Ələkbərov əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, rifah halının, soaial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: