AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 9 fevral 2017-ci il tarixində “Sputnik Azərbaycan" portalının Multimedia mətbuat mərkəzində “Azərbaycandakı seysmik vəziyyət: gözlənilən təhlükə və risklər” mövzusunda mətbuat konfransı keçirib.
Mətbuat konfransında Qurban Yetirmişli 2016-cı ildə Azərbaycan ərazisində baş verən zəlzələlər, palçıq vulkanının zəlzələlərlə əlaqəsi, regionda seysmik fonun hazırki vəziyyəti, RSXM-nin yeni aldığı seysmik stansiyalar, dənizdibi stansiyaların quraşdırılmasında ortaya çıxan bəzi problemlərə dair sualları cavablandırıb. Alim, həmçinin Azərbaycanda aprel ayında başlayacaq seysmik riskin qiymətləndirilməsi və tomoqrafiya aparılmasına dair xarici ölkələrlə birgə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.