Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.02.2017 16:30
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib

Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib

Fevralın 9-da AMEA-nın yeni yaradılan Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis iclası keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun elmi işlər üzrə direktor müavini, g.-m.e.d, professor Vaqif Qurbanov bu elmi müəssisədə gənclərin fəaliyətinə xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, bu gün AMEA-da elmi gəncliyin stimullaşdırılması ilə bağlı müxtəlif innovativ layihələr həyata keçirilir, gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinə xüsusi önəm verilir.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək AMEA Rəyasət Heyətinin “AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması” haqqında müvafiq Qərarına uyğun olaraq Akademiyanın elmi müəssisələrində yaradılan eyniadlı şuraların fəaliyyəti ilə bağlı məlumat  verib.  Bildirib ki, Gənc Alim və Mütəxəssislər Şurası və onun strukturları kimi formalaşan yerli şuralar bu qurumun “Nizamnamə”si əsasında fəaliyyətlərini təşkil edirlər. Əsasnaməyə görə, elmi müəssisələrdə Şuranın təşkil edilməsi, onun İdarə Heyətinin, sədr və müavinlərinin seçilməsi həmin institutun gənclərinin ümumi səsverməsi ilə həyata keçirilir.

Tədbirdə açıq səsvermə yolu ilə Neft və Qaz İnstitutunun elmi işçisi Rəqsanə Əsgərova bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Vüsalə Balakçı və Ləman Xanlarova sədr müavinləri, Yeganə Hacıyeva isə elmi katibi seçiliblər.

Sonda institutun gəncləri çıxış edərək öz firkirlərini bölüşüb, rəy və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: