Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.03.2017 17:11
  • A-
  • A
  • A+

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Martın 10-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Çin ədəbi əlaqələri müasir mərhələdə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə “Çin ədəbiyyatının inkişafına baxış” adlı sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli tədbirin əhəmiyyətindən söz açıb, Azərbaycan ilə Çin Xalq Respublikası (ÇXR) arasında dil və ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alim 2015-ci ildə Ədəbiyyat İnstitutu ilə Çinin Konfutsi İnstitutu arasında birgə elmi-ədəbi əlaqələrin inkişafı barədə müqavilənin imzalandığını xatırladaraq, rəhbərlik etdiyi müəssisədə Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sonra Bakıdakı Konfutsi Mərkəzinin direktoru Luo Xiaoji “Azərbaycan və Çin ədəbiyyatının gələcəyi naminə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-Çin ədəbi əlaqələrinin müasir dövrdə inkişaf istiqamətlərindən, bu sahədə görülməsi nəzərdə tutulan işlərdən bəhs olunub.

Tədbirdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirəsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: