Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Polimer sintezi: nəzəriyyə və praktika" kitabı çapdan çıxıb
25.04.2017 09:15
  • A-
  • A
  • A+

"Polimer sintezi: nəzəriyyə və praktika" kitabı çapdan çıxıb

AMEA Polimer Materialları İnstitutunun İnformasiya telekommunikasiya və nəşriyyat işləri şöbəsinin müdiri Dilbər Nurullayeva tərəfindən "Polimer sintezi: nəzəriyyə və praktika" kitabı (müəlliflər: D.Braun, H.Çerdron, M.Rehan, H.Ritter, B.Voyt) ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.

"Azəri" nəşriyyatında çap olunan kitabın redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovdur.

Nəşr makromolekullar kimyası sahəsində son nailiyyətlərdən, bu sahədə formalaşmış və elmi ictimaiyyət tərəfindən qəbul edilmiş müasir nəzəriyyələrdən istifadə edilməklə yazılıb.

Kitab tələbə, doktorant, gənc tədqiqatçı, mühəndislər, həmçinin polimerlərin istehsalı və emalı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: