AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin paytaxtı Ankara şəhərində elmi ezamiyyətdə olub.
S.Nemətzadə səfər çərçivəsində Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Professor Halil İnalcık tarix və tarixçilik" beynəlxalq simpoziumunda iştirak edib. Azərbaycanlı alim simpoziumda "Türk-İslam tarixşünaslığında sfragistika (Bakı əlyazma kolleksiyalarındakı möhürlər əsasında)" mövzusunda məruzəsini təqdim edib.
Azərbaycan, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Rumıniya, Albaniya, Qırğızıstan, İran, İraq və Əlcəzairdən olan tarixçi alim və tədqiqatçıların iştirak etdiyi simpoziumda S.Nemətzadənin məruzəsi xüsusi maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.