Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.05.2017 14:10
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan konfrans keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan konfrans keçirilib

Mayın 5-də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə çıxış edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin bu gün konkret nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, dahi şəxsiyyətin ən böyük amal və məqsədi Azərbaycanın dövlət müstəqilliyinin daimi olması və insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqərar olması idi.

A.Mustafazadə Azərbaycanın müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini sahəsində beynəlxalq təcrübəyə əsaslanan yeni qanunvericilik sisteminin işlənib hazırlandığını, bütün köhnə normativ hüquqi bazanın yeniləndiyini, zəruri hüquq institutları, o cümlədən Konstitusiya Məhkəməsi və İnsan Hüquqları üzrə Akademik İnstitutun yaradıldığını bildirib.

Alim bildirib ki, bu gün rəhbərlik etdiyi qurumda məhkumlarla bağlı monitorinqlər, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq arenada qorunması, həmçinin Azərbaycana vurulan iqtisadi, mədəni zərər istiqamətində işlər aparılır.

Sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək bildirib ki, görkəmli siyasi xadim Heydər Əliyevin yüksək səyi nəticəsində beynəlxalq hüquq prinsiplərinin vacibliyi nəzərə alınaraq müasir cəmiyyətdə insan hüquqları sisteminin yeni kriteriyaları müəyyənləşdirilib. Bütün bu addımların ölkəmizdə milli qanunvericilik sisteminin beynəlxalq hüquq məkanına inteqrasiya etməsinə səbəb olduğunu deyən F.Abdullayev Azərbaycan Konstitusiyasını xalqımızın milli sərvəti adlandırıb.

Konfransda Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri İlham Rəhimov çıxış edərək tədbirin artıq ənənə halını aldığını vurğulayıb. O, Ümumilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanmış islahatlar aparıldığını bildirib.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini Nazim Cəfərli "Heydər Əliyevin dövlətçilik konsepsiyasının bəzi məsələlərinə dair", institutun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri Ayxan Rüstəmzadə "Pozulmuş hüquq və azadlıqların müdafiəsində vəkillik və nümayəndəlik institutunun funksiyası", Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev "Bərabərlik hüququnun bəzi aspektləri", Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova "Konstitusiya hüquq düşüncəsi və hüquq mədəniyyət", həmin qurumun Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Babayeva "Demokratik cəmiyyətdə insan hüquq və azadlıqlarının müdafiəsi "Normativ hüquqi aktların təhlili" mövzusunda məruzə ilə çıxış ediblər. Mühazirələrdə Heydər Əliyevin dövlətçilik konsepsiyasından, Azərbaycan dövlətinin hakimiyyət və idarəçilik orqanlarının yaradılmasının prinsiplərindən, mövcud normativ hüquqi bazalardan danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: