Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda“İnvariantlar və müəyyən məsələlərin həlli” mövzusunda ümuminstitut seminarı keçirildi.
Seminarda institutun “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nihan Əliyevin məruzəsi dinlənildi.
Müxtəlif törəmələr və onların invariantları haqqında danışan məruzəçi bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üçün analitik ifadələrin alındığını bildirdi: “Məqsəd ixtiyari tənlik üçün qoyulmuş sərhəd məsələsini nüvəsində sinqulyarlığı zəif olan ikinci növ Fredholm tipli inteqral tənliyə gətirmək olub”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.