Əlavə reallıq sistemi 3D-təsvirin yaradılması üçün maqnit rezonans və kompüter tomoqrafiyasından istifadə edir. Beləliklə, cərrah xüsusi eynək vasitəsilə birbaşa pasiyentin bədənində virtual orqanları görəcək.
popmech.ru saytının məlumatına görə, əlavə reallıq texnologiyaları tezliklə tibb sahəsində tətbiq edilə bilər. Onların köməyilə cərrahlar pasiyentin daxili orqanlarını bədəndə kəsik etmədən görə biləcəklər. Sistem real insanların öncədən əldə olunmuş məlumatlarından istifadə etməklə cərrahi manikenin üzərində sınaqdan keçirilib.
ABŞ-ın “Cambridge Consultants” şirkətinin texnologiyalar üzrə rəhbəri Simon Karqer bildirib ki, cərrahlar həmçinin birbaşa virtual orqanlarda qeydlər edə biləcəklər ki, bu da onlara əməliyyat prosesinə daha rahat nəzarət etməyə imkan verəcək. Bundan başqa, həkim virtual markerlə, məsələn, operativ müdaxilə zamanı ehtiyat edilməli sinirləri ayırd edə biləcək.Karqer etiraf edir ki, yeni texnologiya hələ ki, ilkin mərhələdədir və onu real pasiyentlər üzərində sınaqdan keçirmək yalnız bir neçə il sonra mümkün olacaq. Tədqiqatçının sözlərinə görə, cərrahi xətaların meydana gəlməməsi üçün təsvir yüksək dəqiqliyə malik olmalıdır.