Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.06.2017 09:45
  • A-
  • A
  • A+

“Ailə və uşaq psixologiyası” mövzusunda I beynəlxalq konfrans keçirilib

“Ailə və uşaq psixologiyası” mövzusunda I beynəlxalq konfrans keçirilib

AMEA Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Ailə və uşaq psixologiyası” mövzusunda I beynəlxalq konfrans keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə 200-ə yaxın yerli və xarici mütəxəssis iştirak edib.

GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək konfransın əsas məqsədinin ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini aparmaq olduğunu bildirib. Qeyd edib ki, AMEA-nın Fəlsəfə İnstitutunda və digər müvafiq təşkilatlarda ailə və uşaq psixologiyasına dair tədqiqatlar dissiplinar və multidissiplinar yanaşma müstəvisində fundamental elmi problem kimi öyrənilməkdədir. Alim bu istiqamətdə tədqiqatların aparılmasında gənc mütəxəssislərin də fəallıq göstərdiyini diqqətə çatdırıb.

Konfransda Narınc Uşaq Psixologiya Mərkəzinin direktoru Narınc Rüstəmova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qurbanova, Fəlsəfə İnstitutunun Fəlsəfə, sosiologiya və sosial psixologiya şöbəsinin rəhbəri Rəfiqə Əzimova, türkiyəli qonaqlar - refleksoloq Esat Başaran, psixoloq Tancu Ekinçi və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbir çərçivəsində plenar iclaslar keçirilib və psixoterapistlərin, klinik refleksoloqların və psixoloqların təqdimatında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: