Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.06.2017 09:34
  • A-
  • A
  • A+

Milli Qurtuluş Günü tarixi yaddaşımızın ən şanlı səhifələrindən biridir

Milli Qurtuluş Günü tarixi yaddaşımızın ən şanlı səhifələrindən biridir

AMEA Gəncə Bölməsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik Fuad Əliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü il iyunun 15-i məhv olmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanın xilası günüdür. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə xilaskar qayıdışı ilə ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən xilas etdi.

Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən F.Əliyev ulu öndərin gənclərə, elm və təhsilə daim xüsusi diqqət göstərdiyini xatırladıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev milli qurtuluşun mükəmməl fəlsəfəsini yaradıb və onu müstəqil Azərbaycanın gələcək müqəddəratına çevirib. 

Daha sonra bölmənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən İsmayılovanın “Heydər Əliyev: Elm və təhsil hamisi”, Diyarşünaslıq İnstitutunun kiçik elmi işçisi Ayaz Hüseynovun “Qədimliyini qorumaqla müasirləşən Gəncə: Ulu öndər amallarının yaşadıldığı şəhər” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqımızda ruh yüksəkliyi yaratdığı, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağı və ulu öndər Heydər Əliyevin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.

Sonda akademik F.Əliyev ulu öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışıb, onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın son illər əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: