Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Məsaməli alüminium istehsalının yeni texnologiyası hazırlanıb
20.07.2017 15:05
  • A-
  • A
  • A+

Məsaməli alüminium istehsalının yeni texnologiyası hazırlanıb

Peterburq Politexnik Universitetində suda batmayan alüminium xəlitəsi istehsalının yeni texnologiyası işlənib hazırlanıb. Təkrar əridilmə zamanı maye alüminiuma köpüklənən qaz əlavə edildikdə məsaməli alüminium əldə edilir. Alimlərin sözlərinə görə, məsaməli materiallar sərtliyi, səs və istilik izolyasiyasını artırma bacarığına malikdir.

Peterburq Politexnik Universitetinin Yüngül materiallar və konstruksiyalar laboratoriyasının müdir müavini, həmçinin ixtiraçılardan biri Oleq Pançenkonun sözlərinə görə, yüksək məsaməlilik struktur elementlərin sıxlığını azaltmaq üçün istifadə oluna bilər. Mütəxəssislər bildirirlər ki, suda batmamaq xüsusiyyətinə malik struktur elementlərin gəmiqayırmada istifadəsi korpusda baş verə biləcək su axıntısının qarşısını alacaq.

www.versiya.info

  • Paylaş: