Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.07.2017 13:22
  • A-
  • A
  • A+

Almaniyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Almaniyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universitetinin Tarixəqədərki arxeologiya bölməsinin rəhbəri, professor Yohan Müllerin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olub.

Qonaqlar institutun İçərişəhərdə yerləşən Arxeologiya Muzeyinə baş çəkib, burada sərgilənən unikal arxeoloji eksponatlarla tanış olublar.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov qonaqlara Azərbaycandakı arxeoloji tədqiqatların tarixi və müasir durumu, aparılan qazıntılar, institutun beynəlxalq əməkdaşlıq sahəsindəki təcrübəsi barədə məlumat verib.

Almaniyalı arxeoloqlar da öz növbəsində institut tərəfindən Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü qədim yaşayış məskənində aparılan tədqiqatlarla tanış olduqlarını bildiriblər.

Görüş zamanı gələcəkdə iki qurum arasında birgə əməkdaşlıq və tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: