Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.09.2017 14:26
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu Koreyada simpozium təşkil edib

Geologiya və Geofizika İnstitutu Koreyada simpozium təşkil edib

Koreya Respublikasının paytaxtı Seulda struktur, mexanika, nano, bio və robot mühəndisliyi üzrə “ASEM17/ANBRE17” adlı beynəlxalq konqres keçirilib. Konqresdə dünyanın 40 ölkəsinin alim və mütəxəssislərinin iştirakı ilə 62 bölmə üzrə 400-ə yaxın müxtəlif elmi istiqamətlərdə şifahi, 200-ə qədər stend məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir çərçivəsində konqresin təşkilat komitəsinin təklifi ilə AMEA Geologiya və Geofizika İnstitutu “SM144: Müasir multidistiplinar geomexaniki problemlər” mövzusunda bir bölmədən ibarət simpozium təşkil edib.

Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin rəhbərlik etdiyi simpoziumun gündəliyinə Azərbaycandan 12 məruzə təqdim olunub. Məruzələrdən 6-sı Yerin daxili nüvəsi, deformasiya prosesləri, karbohidrogen yataqları, Cənubi Xəzər hövzəsinin kristallik özülü və digər geoloji-geofiziki mövzuları əhatə edib.

Akademik Hətəm Quliyevin məruzələri konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirə olunub. Müzakirələrdə simpoziumda təmsil olunan ölkələrin alim və mütəxəssisləri ilə əməkdaşlıq imkanları araşdırılıb, konkret tədqiqat hədəfləri müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: