Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.10.2017 14:49
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov və həmin universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Asəf Zamanov Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra C.Cəfərov çıxış edərək ADPU-da akademik Yusif Məmmədəliyev adına lektoriyanın yaradılacağını diqqətə çatdırıb.

Görüş zamanı NKPİ ilə ADPU arasında əməkdaşlıq müqaviləsinin bağlanması haqqında razılıq əldə edilib.

Sonda qonaqlar institutda yaradılmış Yusif Məmmədəliyev memorial muzeyi ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: