AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov Novruz bayramının tarixi və mahiyyətindən danışıb, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması haqqında qətnamə qəbul etdiyini bildirib.
Qeyd edib ki, Novruz yazın gəlişinin rəmzi olan qədim xalq bayramıdır, mənası “Yeni gün” deməkdir. Qədim zamanlardan başlayaraq Azərbaycan türkləri ilə yanaşı, Şərqin digər xalqları da baharın - Yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Diqqətə çatdırılıb ki, Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Sonra tədbir institutun “İrs” folklor ansamblının təqdim etdiyi bədii hisssə ilə davam etdirilib, Novruza aid folklor mahnıları səsləndirilib, bayram tamaşaları göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.