AMEA Geologiya İnstitutunun Geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov “Avropa Nəşr Mətbu Evi” tərəfindən qızıl medalla təltif edilmişdir. O bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və bir çox elmi nailiyyətlərinə görə layiq görülmüşdür.
İlk dəfə perlitlərin geokimyasını öyrənən H.Mahmudov həm də dünya elmi tarixində ilk olaraq vulkanik şüşələrdən su və qazları alaraq riolit maqmasının fiziki-kimyəvi xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.