AMEA Naxçıvan Bölməsində “Wikipedia” ensiklopediyasının zənginləşdirilməsi istiqamətində bölmə əməkdaşlarının fəallığının artırılması məsələsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvanın tarixi abidələri, ədəbiyyatı, mədəniyyəti, folkloru, tarixi, texniki elmləri, iqtisadiyyatı və s. ilə bağlı yerləşdirilən məlumatların düzgünlüyü, zənginləşdirilməsi, həmçinin institutlarda bu məsələyə məsul şəxslərin fəaliyyəti məsələləri müzakirə edilib.
Əməkdaşlara “Wikipediya” ensiklopediyasında Naxçıvan ilə bağlı məlumatlar, bəzi mövcud problemlər və çatışmazlıqlar haqqında məlumat verilib. Qeyd edilib ki, “Wikipediya”da yerləşdiriləcək hər bir məlumat konkret olaraq müxtəlif elm sahəsində bir neçə mütəxəssis tərəfindən rəy verildikdən sonra ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Sonra AMEA Naxçıvan Bölməsi əməkdaşları müvafiq sahələr ətrafında müzakirələr aparıblar.
Tədbirdə, həmçinin Naxçıvan Bölməsi direktorunun müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Onamastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, bölmənin Gənc alim və mütəxəssislər şurası sədrinin müavini Günel Məmmədova və başqaları çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.