Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.02.2018 08:33
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib

Akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” – deyərək iki ölkə arasında  dostluğun, qardaşlığın formulunu müəyyənləşdirdiyini vurğulayan alim Türkiyənin görkəmli ədəbiyyatşünası Əhməd Kabaklının tədqiqatlarından bəhs edib. Qeyd edib ki, Əhməd Kabaklı ədəbiyyat tarixçiliyi, həmçinin nəzəriyyə istiqmətində Türkiyədə təməl yaratmış alimdir. Onun 5 cildlik Türkiyə ədəbiyyatı tarixi kitabı qardaş ölkədə ədəbiyyat tarixçiliyinin mükəmməl nümunəsidir.

Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisə ilə Türkiyə Ədəbiyyatı Vəqfinin mövcud əlaqələrindən də danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruriliyini vurğulayan alim ortaq konfransların təşkili, jurnalların nəşri barədə təkliflərini səsləndirib.

Sonra Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı çıxış edərək təmsil olunduğu qurum tərəfindən Türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlanıldığını və bu seriyadan artıq bir neçə kitabın nəşr edilərək oxuculara çatdırıldığını bildirib.

Tədbirdə çıxış edən professor Ramazan Qorxmaz, vəqfin idarə müdiri Əhməd Ünlü, idarə heyətinin üzvü Erol Ürgen  başqaları Azərbaycan-Türkiyə elmi-ədəbi əməkdaşlığın xüsusiyyətlərindən danışıblar.

Sonda iki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliyyətinə görə akademik İ.Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: