Bu il “Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına kanadalı riyaziyyatçı, ədədlər nəzəriyyəsi və həndəsəylə bağlı Lenqlends proqramının müəllifi Robert Lenqlends (Robert Langlands) layiq görülüb.
Qeyd edək ki, R.Lenqlends ABŞ-ın Prinston Universitetinin Perspektivli Tədqiqatlar İnstitutunun fəxri professorudur. Alim tərəfindən 1967-ci ildə həyata keçirilən tədqiqat işlərinin mahiyyəti ədədlər nəzəriyyəsi və riyaziyyat elminin iki ayrı sahəsi olan təsəvvürlər nəzəriyyəsi arasında əlaqələrin müəyyən edilməsində ibarətdir.
Mükafatın təntənəli təqdimetmə mərasimi 2018-ci il mayın 22-də Osloda keçiriləcək.