Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.04.2018 08:44
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçirilib

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı şəhəri, Qaradağ rayonu Y.Əliyev adına 195 saylı orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını bildirib. Son illərdə bu istiqamətdə AMEA-da mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olduğunu söyləyib. Akademik, həmçinin  institutun yaranma  tarixi və burada çalışmış görkəmli kimyaçı alimlər barədə şagirdlərə məlumat verib.

Sonra institutun elmi işçisi Sevinc Osmanova “Zülallar, aminturşuları və onların təbiətdə rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzə şagirdlərdə böyük maraq doğurub və geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilib, qaliblər tərifnamə ilə təltif olunublar. Eyni zamanda, şagirdlərin müxtəlif laboratoriyalara ekskursiyaları təşkil edilib, bir sıra maraqlı elmi təcrübələr əyani göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: