İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniello və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barletta AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qonaqlara kitabxananın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
İtaliyalı qonaqlar MEK-in yardımçı fondlarını və oxu zallarını gəzərək Nadir kitab fondunda saxlanılan nüsxələrlə tanış olublar.
Bundan əlavə, səfir Auqusto Massari 20-yə yaxın ölkənin diplomatik nümayəndəliyinin təmsil olunduğu MEK-in Diplomatik fondunda İtaliyaya aid guşənin yaradılması üçün tələb olunan vəsaitlərin ən qısa zamanda kitabxanaya təqdim ediləcəyini bildirib.
Qonaqlar daha sonra “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı” və “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.