Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.05.2018 10:15
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib

Şərqşünaslıq İnstitutunda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib

Mayın 25-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli alim, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.

Görüşdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev professor Şükrü Haluk Akalının elmi yaradıcılığı barədə məlumat verib. Bildirib ki, alim uzun illər Türk Dil Qurumuna rəhbərlik edib.

Daha sonra Şükrü Haluk Akalın hazırda Türkiyədə dilçilik elmi sahəsində olan vəziyyət barədə danışıb. Türkiyəli alim ölkəsində “Saltuknamə” dastanını nəşrə hazırladığını, bu mövzuda elmi araşdırmalar apardığını diqqətə çatdırıb. O, bir sıra türk xalqlarının lüğətinin, həmçinin Türkiyənin işarət dili lüğətinin hazırlanması sahəsində gördüyü işlərdən də bəhs edib.

Sonda qonaq şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: