Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.06.2018 12:38
  • A-
  • A
  • A+

AMEA-da Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin ekspertləri ilə görüş keçirilib

AMEA-da Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin ekspertləri ilə görüş keçirilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi  (TAİEX) layihəsinin  ekspertləri - Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəetmə Universitetinin şöbə müdiri Mihai Paunesku və Litva Tədris Elmləri Universitetinin Riyaziyyat, informatika və fizika kafedrasının müəllimi Gintaras Arbutavikiusla görüşüb.

Görüşdə Təhsil Nazirliyinin nümayəndəsi Nəzrin Bağırova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və həmin idarənin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Elçin Seyfullayev iştirak ediblər.

Rəyasət Heyətində baş tutan görüşdə qonaqlara AMEA-nın beynəlxalq əlaqələri, son illərdə həyata keçirilən islahatlar, akademiyanın elmi müəssisələri tərəfindən yerinə yetirilən müştərək layihələr barədə məlumat verilib, HORİZON 2020 və TAİEX çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra TAİEX ekspertləri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil, Beynəlxalq əlaqələr idarələrinin əməkdaşları üçün Azərbaycanda tədqiqat və innovasiyanın siyasəti və idarəolunmasının təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, impakt faktorlu jurnallarda nəşr olunma problemləri və perspektivləri üzrə Rumıniya və Litvanın təcrübəsini təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: