Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunda elmi nəticələrin innovativ inkişaf perspektivləri müzakirə olunub

AMEA Aşqarlar Kimyası İnstitutunda elmi nəticələrin innovativ inkişaf perspektivləri müzakirə olunub

AMEA Rəyasət Heyətinin bugünkü iclasında elmi məruzə AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) bəzi elmi nailiyyətlərinin innovativ inkişaf perspektivlərinə həsr olunmuşdur. Məruzə ilə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev institutda əldə olunmuş innovativ nəticələr haqqında məlumat verib. V.Fərzəliyev institut tərəfindən müasir tələblərə cavab verən aşqarların yaradılması, onların əsasında yüksək keyfiyyətli, xüsusi təyinatlı sürtkü və yanacaq kompozisiyaları və eləcə də digər xüsusi mayelərin işlənib hazırlanması sahəsində araşdırmaların aparıldığını və bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib. Məruzəçi elmi nəticələrin istehsalatın neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı ilə əlaqədar olduğunu qeyd edib.

AMEA Rəyasət Heyəti ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin artırılmasına yönəlmiş elmi-tədqiqat işlərinə xüsusi diqqətin yetirilməsi, institutun elmi-tədqiqat işlərinin “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun aparılmasını tövsiyə edib. AKİ-nin nəzdindəki “Aşqar” Təcrübi İstehsallı Xüsusi Texnoloji Bürosu tərəfindən innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlərin həyata keçirilməsinə dair qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: