Polşanın paytaxtı Varşavada keçirilən XIII Beynəlxalq Böyük Türk Dili Qurultayında ölkəmizi Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Nəsimi adına Dilçilik İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təmsil ediblər.
Türk Dili Gününə həsr olunan qurultayda Azərbaycan ilə yanaşı, bir sıra ölkələrdən 120 alim iştirak edib.
Qurultayda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Klassik farsca-türkcə sözlüklərin dil tarixi baxımından dəyəri”, elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dosent Baba Məhərrəmlinin “Türk dillərində ilkin əvəzlik kökləri”, professor Roza Eyvazovanın “Salmas ağzı” əsəri dillərin qarşılıqlı əlaqələri zəminində” mövzularında məruzələri dinlənilib.
Səfər çərçivəsində azərbaycanlı alimlər Varşavada xalqlarımızın dostluğu naminə general Maçey Süleyman Sulkeviç və polkovnik Vəli bəy Yadigarın şərəfinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.