Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.05.2014 00:00
  • A-
  • A
  • A+

Yunanıstan səfiri ilə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında görüş keçirilib

Yunanıstan səfiri ilə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında görüş keçirilib

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Milli Elmlər Akademiyasının yeni açılmış Mərkəzi Kitabxanasında qonaq olub. Kitabxananın İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova səfir ilə görüşdə yunan elminə dair ədəbiyyatların kitabxanada təmsil olunması mövzusunda söhbət aparıb, kitabxanada Yunan elm və ədəbiyyatının virtual sərgisinin, həmçinin mədəniyyət ocaqlarına virtual səfərin təşkilinə dair təkliflər irəli sürüb.

D.Tsounqas gələcəkdə hər iki ölkənin səfirlikləri və İRM ilə əməkdaşlıq əlaqələrini qurmağı yüksək qiymətləndirib, növbəti görüşlərdə Mərkəzi Kitabxanada yunan mifologiyası mövzusunda mühazirə ilə çıxış etmək niyyətini bildirib.

Görüşdən məmnun qaldığını ifadə edən səfir münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıb. Sonda qonaq Hüseyn Cavidin yunan dilinə tərcümə olunmuş “Şeyda” pyesinin broşürünü, yunan elm və mədəniyyəti, eləcə də dünya ədəbiyyatına dair ingilis dilində kitabları Mərkəzi Kitabxanaya hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: