Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2018 12:15
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq müstəqil Azərbaycan Respublikasının əsasının möhkəm dayaqlar üzərində qurulduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev respublikada ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi və siyasi gərginliyi aradan qaldırıb. Akademik ümummilli liderin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi inkişaf siyasəti nəticəsində Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında özünəməxsus yer tutduğunu söyləyib.

Sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov bildirib ki, 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetində "İstiqlaliyyət haqqında" bəyannamə, həmin ilin 18 oktyabrında isə "Dövlət müstəqilliyi haqqında" konstitusiya aktı qəbul edilib. O, qəbul edilən konstitusiya aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olması faktının əksini tapdığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Səftər Süleymanov, b.ü.e.d. Şahniyar Bayramov, institutun kiçik elmi işçisi Elnarə Sadıqova və digərləri çıxış edərək Azərbaycanın dövlət müstəqilliyini asan əldə etmədiyini, bu yolda ağır itkilər verdiyini bildirib, müstəqilliyimizi qoruyub saxlamağın, gəncləri vətənpərvər ruhda böyütməyin önəminə toxunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: