Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
20.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

AMEA Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə ilə Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Mərmərə Tədqiqatlar Mərkəzinin əməkdaşı, Dr. Mehmet Fatih və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) tədqiqatçısı Frans Jons arasında görüş keçirildi.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədovun da iştirak etdiyi görüşdə AMEA, TÜBİTAK və CNRS arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparıldı.

Görüşdə beynəlxalq aləmdə bilik və təcrübə mübadiləsi, elmi imkanların genişləndirilməsi məqsədilə birgə seminar və konfransların təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsinin, dünya elminə inteqrasiyanın vacibliyi qeyd olundu. Azərbaycan və Avropa tədqiqat institutlarının birgə layihələrdə iştirakının məqsədəuyğun olduğu diqqətə çatdırıldı.

A.Əlizadə Fizika İnstitutu ilə yanaşı, AMEA-nın digər institut və təşkilatlarının da birgə innovativ layihələrə cəlb olunmasının önəmliyini vurğuladı, bu kimi tədbirlərin mühüm elmi nəticələrin əldə olunmasında böyük rol oynayacağına əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: