AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda dərc olunan “Neft kimyası və neft emalı prosesləri” jurnalı “International Scientific Indexing” (ISI) bazasına əsasən (E-ISSN: 2519-2876, www.ppor.az) impakt faktor statusu alıb. Jurnalın impakt faktoru 0.248 təsdiq edilib.
Qeyd edək ki, 2000-ci ildən etibarən ildə 4 nömrə olmaqla nəşr olunan jurnal 2011-ci ildə Inspec, 2016-cı ildə isə “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazalarına daxil edilib.
Əlavə məlumat üçün http://isi-impactfactor.com/journals/844 linkinə daxil ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.