AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) Rusiya Elmlər Akademiyasının S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutu, Çin Elmlər Akademiyasının Elm Tarixi İnstitutu, Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutu və Qırğızıstan-Rusiya Slavyan Universitetinin nümayəndə heyətləri ilə görüş keçirilib.
Görüşdə ETİ-nin direktoru, tarix elmlər doktoru, dosent Məryəm Seyidbəyli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib. O, həmçinin Azərbaycan-Rusiya, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Ukrayna əlaqələrinin tarixi, inkişaf perspektivləri və ölkəmizin regionda strateji rolundan bəhs edib.
Qonaqlar isə öz növbəsində təmsil etdikləri qurumlar barədə məlumat verərək, ETİ ilə birgə elmi layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.