Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Mərdəkan Dendrarisində Beynəlxalq elmi konfrans keçiriləcək
01.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Mərdəkan Dendrarisində Beynəlxalq elmi konfrans keçiriləcək

5-8 noyabr tarixlərində saat 11:00-da AMEA Mərdəkan Dendrarisində “Botanika bağlarında və dendroparklarda landşaft memarlığı” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

“Landşaft memarlığının müasir problemləri”, “Landşaft memarlığının obyektlərində əkinlərin monitorinqi” və “Sənaye zonalarının yaşıllaşdırılmasında Botanika bağlarının rolu” bölmələri üzrə keçiriləcək konfransda 30-a yaxın ölkənin müvafiq sahə üzrə mütəxəssislərinin iştirakı gözlənilir.

Qeyd edək ki, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi haqqında qətnamə ötən il keçirilən konfransda qəbul edilmişdir.

 

Konfransla bağlı ətraflı məlumatı Mərdəkan Dendrarisinin www.http://dendrary.in-baku.com İnternet səhifəsindən əldə etmək olar.

  • Paylaş: