Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.12.2018 10:19
  • A-
  • A
  • A+

"Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib

"Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib

AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin (BMM) birgə təşkilatçılığı ilə "Aşıq yaradıcılığının bugünkü vəziyyəti və gələcək perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib. 

BMM-də baş tutan tədbirdə Azərbaycan aşıq sənətinin tarixinə nəzər salınıb, bugünkü qayğıları və gələcək inkişaf yolları təhlil predmetinə çevrilib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov iclasda çıxış edərək cari ildə BMM-lə birgə “Dastan gecələri” layihəsini həyata keçirdiklərini bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi aşıq sənətinin bel sütunu olan dastançılıq ənənəsini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır.

Akademik bu gün ölkəmizdə 400, Azərbaycandan kənarda isə 1300-ə yaxın aşığın fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, müasir texnikanın imkanlarından istifadə etməklə aşıq sənətinin xüsusiyyətlərini dünya xalqlarına çatdırmaq mümkündür.

M.İmanov, həmçinin bu gün ustad-şagird ənənəsinin getdikcə zəiflədiyini vurğulayıb.

Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıqlığın universallıq keyfiyyətinə toxunub, xalq  ruhundan gələn bu cəhətlərin ardıcıl qorunmasının zəruriliyini bildirib.

"Dəyirmi masa"da, o cümlədən filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, professor Kamilə Dadaşzadə, filologiya üzrə fəlsəfə doktorları - Elxan Məmmədli, Nemət Qasımlı, Gülhüseyn Kazımlı, Altay Məmmədli, sən.ü.e.d. İradə Köçərli, sən.ü.f.d. Hafiz Kərimov, tanınmış aşıqlar Cahangir Quliyev, Ağamurad İsrafilov və digərləri çıxış edərək aşıq sənətinin müasir problemlərindən, KİV-də təbliğatından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: