İtaliyanın məşhur “Ferrero” şirkətinin nümayəndəsi Domeniko Manfredi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşən D.Manfredi Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri və birgə əməkdaşlığın qurulması ilə bağlı müzakirələr aparıb.
Hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq etdiklərini deyən D.Manfredi fındıqçılığın inkişafında torpaqşünaslığın mühüm rol oynadığını qeyd edib. O, torpaq və iqlim şəraitinə görə Azərbaycanın yaxın perspektivdə dünyada fındıq bazarının ən güclü istehsalçısına çevrilə biləcəyini söyləyib.
Daha sonra şirkət nümayəndəsi müəssisənin Torpaq muzeyi ilə tanış olub.
Qeyd edək ki, görüşdə, həmçinin akademik Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov və Torpaq eroziyası laboratoriyasının müdiri, a.e.ü.f.d Zakir Əliyev də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.