Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şanlı, şücaətli və qüdrətli Milli Ordumuz
12.10.2020 11:06
  • A-
  • A
  • A+

Şanlı, şücaətli və qüdrətli Milli Ordumuz

Azərbaycan Ordusu güclüdür. Bu güc ata-babalardan qalan bir mirasdır. Ordumuzun ruhu mənsub olduğu xalqın ruhudur. Xalqımızın ruhu isə ən ağır və ümidsiz günlərdə belə nikbin olub. İndiki dövrdə ordumuzun qələbələri məhz bu nikbinliklə bağlıdır.

Azərbaycan xalqı nə qədər dözümlü olsa da, nəticədə haqqının tapdalanmasına imkan verməz. Bunu ordumuzun timsalında da bariz şəkildə görmək olar. Milli Ordumuzun ədaləti, insafı, humanizmi öz xalqına xas olan xüsusiyyətləridir. Belə bir ordunun qalibiyyəti dünya üçün ibrətverici tarixi hadisə olacaq. Çünki müharibələrin yazılmış və yazılmamış qanunlarına, həm də insanlıq normalarına əməl etməklə məkrli, faşist əqidəli və amansız düşmənə qalib gəlmək böyük şücaətdir.

Şübhəsiz ki, gələcəkdə Milli Ordumuzun əsgərləri haqqında çox deyiləcək, çox yazılacaq. Onda hamıya aydın olacaq ki, Azərbaycan əsgəri hansı səbrə, hansı təmkinə, hansı ədalətə malik olub, eyni zamanda mənfur düşmənə qalib gəlmək üçün hansı zəfər yollarından keçib.

Bu gün ordumuz tərəfindən Azərbaycan hərb tarixinin qızıl səhifələri yazılır. Gələcək nəsillər həmin səhifələri vərəqləyərkən böyük qürur hissi keçirəcək, Vətən uğrunda tökülən qanların hədər getmədiyinin şahidi olacaqlar.

Şanlı, şücaətli və qüdrətli ordumuza yeni qələbələr arzulayırıq.

Fərman XƏLİLOV, Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: