Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2017 14:13
  • A-
  • A
  • A+

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının ilk iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının ilk iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Elmi Şurasının ilk iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İbrahim Quliyev iclası açaraq rəhbəri olduğu qurumun yaranma tarixindən danışıb. "Neft və Qaz İnstitutunun təməli hələ 1950-ci ildə qoyulub" - deyən akademik institut alimlərinin Azərbaycan elminə mühüm töhfələr verdiyini bildirib. Alim bu elmi müəssisənin perspektivdə görəcəyi işlərdən danışaraq, neft-qaz yataqlarının işlənməsinə intellektual nəzarətin aparılmasının zəruriliyini vurğulayıb.

Sonra bu qurumun elmi işlər üzrə direktor müavini, g.m.e.d., prof. Vaqif Qurbanov çıxış edərək institutun əsas istiqamətlərindən birinin neftin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacağını vurğulayıb. Alim qeyd edib ki, Azərbaycan elmi bu gün neft və qaz axtarışının yeni mərhələsinin axtarışının başlanğıcındadır.

İclasda, həmçinin Elmi Şuranın 2017-ci il üzrə iş planı təsdiq olunub və institutun Ekspert komissiyasının yaradılması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: