www.science.az
10.06.2015 12:46

Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı ABŞ-da elmi ezamiyyətdə olub

AMEA Fəlsəfə və Hüquq İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov 4-6 iyun 2015-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarında elmi ezamiyyətdə olub.

Azərbaycanlı alim səfər çərçivəsində ABŞ-ın Harvard Universitetinin Elm Mərkəzində Dünya Fenomenologiya İnstitutu tərəfindən keçirilmiş “İnsan, Qeyri-insan və Postinsan: obyektin fenomenologiyası və Kosmosda insan mövqeyi” (“Human/ Non-Human and Posthuman: Phenomenology of The Object and The Human Positioning in The Cosmos) beynəlxalq konfransında çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir