Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2019 09:29
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Yığıncağı F.Qədirov açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanovun "Naxçıvan Muxtar Respublikasının eosen ekosistemləri və nefti" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisində neftin mövcudluğunun stratiqrafiq və paleontoloji aspektlərindən bəhs olunub. Mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.

Gündəlikdə yer alan növbəti məsələ "AMEA-nın professoru" elmi adını almaq üçün seçkinin keçirilməsi ilə bağlı olub. Akademik Fəxrəddin Qədirov AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərarından danışıb. Bildirib ki, sənədin icrasından irəli gələrək müsabiqədə iştirak edən namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qrupu yaradılıb və yer elmləri üzrə elmlər doktoru Qulam Babayevin namizədliyi müəyyənləşdirilib. Sonra bölmə üzrə müxbir və həqiqi üzvlərin iştirakı ilə gizli səs vermə keçirilib. Nəticələrin təsdiqi və Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tədbirdə bir sıra kadr və cari məsələ müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: