Şamaxı Rayon İcra Hakimiyyətində AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Şamaxı seysmik stansiyasının müdiri İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər şəxslər iştirak ediblər.
Yubiley mərasimində Q.Yetirmişli və T.Məmmədov çıxış edərək İ.Qasımovun Azərbaycanda seysmologiya sahəsinin inkişafındakı rolundan və xidmətlərindən danışıblar.
Daha sonra İ.Qasımova fəaliyyətinə görə, Yer Elmləri Bölməsi tərəfindən Fəxri fərman və hədiyyə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.